31.10.2017

"Refleksiv müəllim" seminarı

Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün "Refleksiv müəllim" seminarı keçiriləcək.

Seminar noyabrın 2-də saat 16:00-da Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) təşkil olunacaq. "Poeziyanın tədrisi" mövzusunda seminara giriş sərbəstdir.

Seminarın keçirilməsində əsas məqsəd müəllimlər arasında birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsi yaratmaq, keçdikləri dərsə müxtəlif rakurslardan baxmaq, konstruktiv tənqidə açıq olmaq, prosesi təhlil etmək bacarıqları aşılamaq, istənilən dərsi daha uğurlu tədris etmək imkanlarının sonsuz, ideal dərs anlayışının isə nisbi olduğunu nümayiş etdirməkdən ibarətdir.

Qeyd edək ki "Refleksiv müəllim" layihəsinə bu ilin yanvarından start verilib. “Öyrətməyi öyrədirik” devizi altında həyata keçirilən layihə çərçivəsində müəllimlər uğurlu saydıqları dərslərin planını, icmalını və ya qısa videogörüntüsünü həmkarlarına təqdim edirlər. Sonra dərs barədə məlumat verilir və müzakirələr aparılır.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən 2017-ci ilin sonunda layihənin fəal iştirakçılarının “Refleksiv müəllim” sertifikatı ilə təltif edilməsi nəzərdə tutulur. 


Açar sözlər: ,