01.11.2017

#9noyabr kampaniyasına start verilib

"ASAN Könüllüləri" Təşkilatı və Təhsil Nazirliyinin Bir” Tələbə-Könüllü proqramının birgə təşəbbüsü ilə 9 noyabr - Dövlət Bayrağı Günü münasibətilə  #9noyabr həştəq kampaniyasına start verilib.

Sosial kampaniyanın məqsədi Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncamına uyğun olaraq müstəqil Azərbaycanın keçdiyi tarixi yolda qazandığı dəyərlərin, dövlət bayrağının, onun milli simvollarının, eyni zamanda azərbaycançılıq, vətənpərvərlik və dövlətçilik ideyalarının təbliğidir.

Kampaniya  sosial şəbəkələr üzərindən həyata keçiriləcək. Sosial şəbəkədə istifadəçilər  #9noyabr həştəqi ilə Azərbaycan bayrağı məzmunlu paylaşım etməklə (foto, video, bloq və s.) vətənpərvərlik hisslərinin və milli tariximizin təbliğinə töhfə vermiş olacaqlar.


Açar sözlər: