17.11.2017

BŞTİ və AzTv-nin birgə layihəsi 

“Hazırcavablar” intellektual oyunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Televiziyasının (AzTv) birgə layihəsi kimi davam edir.

İntellektual oyun hazırda həftədə bir dəfə olmaqla, AzTv-də yayımlanır.

“Hazırcavablar” intellektual oyununda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.

“Hazırcavablar” intellektual oyununda 4 komanda iştirak edir. Məktəblilər “Azərbaycan dili və ədəbiyyat”, “Tarix”, “Coğrafiya”, “Məntiq” və “Ordan-burdan” bölmələri üzrə sualları cavablandırırlar. Qaliblərə BŞTİ və AZTV-nin hədiyyələri təqdim olunur.

Qeyd edək ki, ötən həftə təşkil olunan “Hazırcavablar” intellektual oyununda BŞTİ-nin tabeliyindəki 18, 176, 225 nömrəli tam orta məktəb və 20 nömrəli məktəb-liseyin şagirdlərindən ibarət komandalar qarşılaşıb.

Oyunda 225 nömrəli tam orta məktəbin komandası qalib olub.


 

 


Açar sözlər: ,  ,