30.11.2017

Məktəblilər arasında atıcılıq üzrə yarış

Paytaxt məktəblilərindən ibarət komandalar arasında güllə atıcılığı üzrə yarış keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 72 nömrəli məktəb-liseydə təşkil olunan yarış “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşıb.

Yarışın əsas məqsədi şagirdlərin güllə atıcılığı sahəsində qabiliyyətini üzə çıxarmaq və gənc nəsil arasında vətənpərvərliyi təbliğ etməkdən ibarətdir.

Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 171, 61 və 63 nömrəli tam orta məktəb komandaları müvafiq olaraq, I, II, III yeri tutub.

Qalib komandalar medal və diplomla təltif edilib.