09.02.2018

Birinci yarımil təhlil olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 2017-2018-ci tədris ili üzrə I yarımilin başa çatması ilə əlaqədar Pedaqoji Şuraların iclasları təşkil olunur.

İclasların keçirilməsində əsas məqsəd I yarımildə görülən işləri bir daha nəzərdən keçirmək, qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparmaq və kollegial qərarlar qəbul etməkdən ibarətdir.

Pedaqoji Şuraların toplantılarında məktəb direktorlarının və müavinlərinin məruzələri, sinif rəhbərlərinin hesabatları dinlənilir.

İclaslarda 2017-2018-ci dərs ilinin I yarımili ərzində təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlər, məktəbdaxili qiymətləndirmələrin nəticələri, dərsə davamiyyət, IX siniflər üzrə buraxılış imtahanlarına hazırlıq, II yarımildə qarşıda duran vəzifələr və digər məsələlər müzakirə olunur, müvafiq qərarlar qəbul edilir. Həmçinin, fənn müəllimlərini maraqlandıran suallar cavablandırılır.

İclasların sonunda fəaliyyətində fərqlənən müəllimlər Fəxri fərman və təşəkkürnamə ilə təltif olunur.  


Açar sözlər: ,  ,