07.03.2018

“Eko-təqdimatlar” layihəsinə start verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsinə start verilib.

Layihənin əsas məqsədi şagirdlərin milli sərvətlərimiz, dəyərlərimiz və digər aktual ekoloji mövzular üzrə məlumatlandırılmasından ibarətdir.

BŞTİ və SOCAR-ın Ekologiya İdarəsi mütəxəssislərinin birgə əməkdaşlığı ilə təşkil olunan müxtəlif aktual ekoloji mühazirələrə müvafiq istiqamətlər üzrə tədqiqatlar aparan ekoloqlar, ekspertlər dəvət olunacaqlar.

Bir təqvim ayı ərzində ən azı 10 təqdimatın təşkili  nəzərdə tutulur.

Şagirdlər üçün maraqlı olan təqdimatların keçirilməsinə martın 1-dən etibarən başlanılıb.

Qeyd edək ki, artıq 2 ümumi təhsil müəssisəsində  “Azərbaycanın biomüxtəlifliyi” mövzusunda təqdimat, 1 ümumi təhsil məktəbində isə “Ekoloji monitorinq nədir“ mövzusunda  praktik dərs keçirilib.

Tədris ilinin sonunadək paytaxtdakı ümumi təhsil məktəblərində təqdimatların keçirilməsi nəzərdə tutulub.


Açar sözlər: ,  ,  ,