06.04.2018

Bakı məktəblisi dünyanın 4 nüfuzlu universitetinə qəbul olub

Paytaxt məktəblisi yüksək bal toplayaraq Harvard Universitetində tam təqaüdlə təhsil almaq imkanı əldə edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı IELTS, SAT, SAT esse imtahanlarından, “Dünya tarixi” və “2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticə qazanıb.

İ.Bayramlı 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır.

Qeyd edək ki, istedadlı məktəbli topladığı balla Harvarddan əlavə Amerikanın Kolqeyd, Çexiyanın Çarles universitetlərində və Sinqapurun Yale-NUS Kollecində də tam təqaüdlə təhsil almaq şansı qazanıb.


Açar sözlər: ,  ,