30.04.2018

Məktəb komandası teleoyunun qalibi olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar arasında növbəti intelletual teleoyun təşkil edilib.

Belə ki, 226, 234, 257 və 273  nömrəli tam orta məktəblərin komandaları “Hazırcavablar” intellektual teleoyununda yarışıb.  Məktəblilər “Dil və ədəbiyyat”, “Biologiya”, “Qədim Misir”, “Quşlar” və “Hansı?” bölmələri üzrə sualları cavablandırıb. 

İntellektual teleoyunun nəticələrinə əsasən, 257 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

Qeyd edək ki, “Hazırcavablar” intellektual teleoyunu BŞTİ və AzTv-nin birgə həftəlik telelayihəsidir. İntellektual teleoyunda BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edir.

Layihənin əsas məqsədi məktəblilərin intellektual səviyyəsini və dünyagörüşünü artırmaq, onları ictimaiyyətə tanıtmaq, həmçinin, şagirdlərin asudə vaxtını səmərəli təşkil etməkdən ibarətdir. Şagirdlərə özünüifadə vərdişləri aşılamaq, onların fənnlərə marağını yüksəltmək, yaradıcı inkişafına təkan vermək və intellektual fəaliyyətə daha geniş miqyasda cəlb olunmasını təmin etmək də layihənin əsas hədəfidir.