02.05.2018

Bakı şəhər məktəblilərinin yaradıcılıq sərgisi keçiriləcək

Mayın 7-də ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş Bakı şəhər məktəblilərinin yaradıcılıq sərgisi keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 229 nömrəli tam orta məktəbdə təşkil olunması nəzərdə tutulan tədbirin əsas məqsədi yaradıcılığın müxtəlif  sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda  Vətənə məhəbbət, dostluq, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət  hisslərini aşılamaq, bədii-estetik zövqü, həmçinin, yaradıcı düşüncəni inkişaf etdirməkdən ibarətdir.

Sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ  tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunacaq. Eyni zamanda, sərgidə ümummilli lider Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən əl işlərindən ibarət təqdimatlara geniş yer veriləcək.


Açar sözlər: ,  ,  ,