04.05.2018

İntellektual oyun keçirilib

Məktəb komandaları arasında breyn-rinq intellektual oyunu keçirilib.

Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan yarışda Suraxanı rayonu üzrə 84, 140, 226, 232, 316 və 327 nömrəli tam orta məktəblərin komandaları iştirak ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 232 nömrəli tam orta məktəbdə təşkil olunmuş intellektual oyunun əsas məqsədi məktəblilər arasında milli-mənəvi dəyərlərimizi təbliğ etmək, onları tariximiz, mədəniyyətimiz, haqqında maarifləndirmək, istedadlı  şagirdləri üzə çıxarmaq və  onların asudə  vaxtlarını səmərəli  təşkil etməkdən ibarətdir.

Üç turdan ibarət olan yarışda 7-9-cu sinif şagirdləri Azərbaycan Xalq Cümhuriyyətinə və ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid sualları cavablandırıblar.

Yarışın nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 316, 232 və 327 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülüb.

Qalib komandalar diplom və hədiyyələrlə təltif edilib.