07.05.2018

Məktəbdə yubiley konfransı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 261 nömrəli məktəb-liseydə ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın anadan olmasının 95 illik yubileylərinə həsr olunan konfrans keçirilib.

İlk olaraq konfrans iştirakçıları ulu öndər Heydər Əliyevə və görkəmli oftalmoloq alim Zərifə Əliyevaya həsr edilmiş müəllim və şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgidə görkəmli şəxsiyyətlərin yubileyləri münasibəti ilə 95 inşa yazı işi, divar qəzeti və kitab nümayiş olunub.

Daha sonra konfransı giriş sözü ilə açan məktəbin direktoru Abuzər Əsədov iştirakçıları salamlayaraq, dövlətimizin memarı və qurucusu Heydər Əliyev görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın ölkəmiz üçün gördüyü işlərdən danışıb.

Konfransda çıxış edən qonaqlar dahi lider Heydər Əliyevin Azərbaycanın müstəqil dövlət quruculuğu istiqamətindəki müstəsna fəaliyyətindən, ölkənin təhsil sisteminə göstərdiyi diqqət və qayğıdan, akademik Zərifə Əliyevanın mənalı ömür yolundan, ictimai-elmi fəaliyyətindən, Azərbaycan və dünya oftalmologiya elminə verdiyi töhfələrdən danışıblar.

Tədbirdə  vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa olunub.

Konfrans dahi şəxsiyyət Heydər Əliyev və oftalmoloq alim Zərifə Əliyevanın həyatından bəhs edən filmin nümayişi ilə başa çatıb.