17.07.2018

“Yay məktəbi” - səmərəli və əyləncəli

Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə "Yay məktəbi" təşkil edilib.

“Yay məktəbi” Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu məktəbləri əhatə edir.

Bu barədə İTV-nin efirində yayımlanan "Yeni gün" musiqi-informasiya proqramında geniş məlumat verilib.

Proqramda, həmçinin, “Yay məktəbi”ndə iştirak edən məktəblilər öz təəssüratlarını bölüşüb, bu müddət ərzində onlar üçün keçirilən təlim, intellektual oyun və idman yarışlarından danışıblar.

Qeyd edək ki, “Yay məktəbi” zamanı 1000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi nəzərdə tutulur.