31.10.2018

“Uğurlu peşə seçimi” mövzusunda təlim

Paytaxtda məktəblilər üçün “Uğurlu peşə seçimi” mövzusunda təlim keçirilib.

“Məktəblinin dostu” layihəsi çərçivəsində 57 nömrəli tam orta məktəbdə təşkil olunan təlimdə məktəbin pedaqoji kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Təlimin əsas məqsədi məktəblilərin müxtəlif peşələrə olan meyil və maraqlarının müəyyənləşdirilməsi, gələcəkdə peşə və ixtisas seçimində onlara köməklik göstərilməsi, övladlarını yaradıcı əməyə hazırlamaq və düzgün ixtisas seçiminə yönəltmək barədə valideynlərin məlumatlandırılmasından ibarətdir.

Təlimdə şagirdlərə iş və karyera arasındakı fərq, şəxsi maraq və dəyərlərə uyğun karyera seçimi məsələlərinə aydınlıq gətirilib. Eyni zamanda, iş, karyera anlayışları və düzgün peşə seçimi prosesinin mərhələləri də müxtəlif nümunələr əsasında müzakirə olunub.

Daha sonra şagirdlər arasında peşə seçimi ilə bağlı test tapşırıqları keçirilib. Test tapşırıqlarının nəticələrinə əsasən, şagirdlərin gələcəkdə peşə seçimləri ilə bağlı fikirləri müəyyənləşdirilib.


Açar sözlər: