27.12.2018

Bakı məktəblisi “İdeya var” müsabiqəsində

Paytaxt məktəblisi “İdeya var” gənclərin ikinci Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsində II yerə layiq görülüb.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 7 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Rəşad Rəhimzadə müsabiqədə “Sosial sahə və təhsil” nominasiyası üzrə uğurla iştirak edib.

Müsabiqənin nəticələrinə əsasən, R.Rəhimzadənin layihəsi sərgilənən 25 layihə arasından seçilərək diplom və hədiyyələrlə mükafatlandırılıb.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş müsabiqənin əsas məqsədi gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialının nümayiş etdirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdən ibarətdir.

Onu da qeyd edək ki, layihə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasının təmin olunması tədbirləri çərçivəsində reallaşdırılır.