01.02.2019

Respublika fənn olimpiadalarının şəhər mərhələsi

Fevralın 3-də paytaxt üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçiriləcək.

Olimpiadaların şəhər mərhələsi paytaxtdakı 16 imtahan mərkəzində təşkil ediləcək. Olimpiadalar Binəqədi rayonu üzrə 276, Nərimanov rayonu üzrə 36, Nəsimi rayonu üzrə 46 və 54,  Nizami rayonu üzrə 32 və 229,  Qaradağ rayonu üzrə 139, Sabunçu rayonu üzrə 96 və 310, Suraxanı rayonu üzrə 114, Xətai rayonu  üzrə 95 və 245, Xəzər rayonu üzrə 124,  Yasamal rayonu üzrə 18  və 53 nömrəli tam orta məktəblərdə, Səbail rayonu üzrə isə 160 nömrəli Klassik gimnaziyada keçiriləcək.

Bilik yarışında IX, X və XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri iştirak edəcəklər.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix fənnləri üzrə təşkil edəcək.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.


Məktəblilərin fənn olimpiadalarının şəhər mərhələsinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin əmri