26.02.2019

Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fevralın 26-da Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi, tabe qurumların əməkdaşları  Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə ümumxalq yürüşündə iştirak edib.

Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, abidənin önünə qərənfillər düzülüb,  faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.