27.02.2019

Məktəblilərin beynəlxalq idman uğurları

Paytaxt məktəbliləri İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirdən böyük qalibiyyətlə Vətənə qayıdıblar.

Onlardan 20-si qızıl, 7-si gümüş, 7-si isə bürünc medala layiq görülüb.

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 2 nömrəli Texniki-humanitar liseyin VIII sinif şagirdi Ulvira Rüstəmli, 18 nömrəli tam orta məktəbin VII sinif şagirdi Elnaz Soltanlı, 141 nömrəli tam orta məktəbin IV sinif şagirdi Eldar Əsədov, 165 nömrəli tam orta məktəbin VII sinif şagirdi Sənan Hüseynzadə, 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı, 115 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fərid Hacıyev, 276 nömrəli tam orta məktəbin II sinif şagirdi Rüstəm Rzayev, 55 nömrəli tam orta məktəbin III sinif şagirdi Əli Məmmədzadə, 47 nömrəli tam orta məktəbin IV sinif şagirdi  Fərid Əliyev, 20 nömrəli məktəb-liseyin VI sinif şagirdi Ayxan Nəsirov, 153 nömrəli tam orta məktəbin III sinif şagirdi Xədicə Mürsəlova, 270 nömrəli tam orta məktəbin IV sinif şagirdləri Elton Əliyev və Cansu Əhmədzadə, V sinif şagirdi Natiq Cəfərov, 281 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əli Vəliyev, VII sinif şagirdi Həsən Əhmədov, 274 nömrəli tam orta məktəbin VI sinif şagirdi Zəki Cəfərzadə, 245 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məhəmməd İsrafilzadə, 299  nömrəli tam orta məktəbin VIII sinif şagirdi Ayxan Əliyev və IX sinif şagirdi Telman Əliyev bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məktəblilər qızıl medal və diplomla mükafatlandırılıblar.

Bundan əlavə, 165 nömrəli tam orta məktəbin IX sinif şagirdi Tural Rzayev, 192 nömrəli tam orta məktəbin IV sinif şagirdi Qələndər Miriyev, 5 nömrəli tam orta məktəbin IV sinif şagirdi Məhəmməd Əliyev, 14 nömrəli tam orta məktəbin VI sinif şagirdi Ayxan Allahverdiyev, 164 nömrəli tam orta məktəbin IV sinif şagirdi Məhəmmədəli Ruzayev, 42 nömrəli tam orta məktəbin V sinif şagirdi Yaqub Qasımzadə və 220 nömrəli məktəb-liseyin IX sinif şagirdi Hüseyn Ağasıyev II yerə layiq görülüblər. Qalib məktəblilər gümüş medal və diplomla təltif olunublar.

Paytaxtdakı 192 nömrəli tam orta məktəbin VI sinif şagirdi Cəlal Miriyev, 53  nömrəli tam orta məktəbin VII sinif şagirdi Nihad Məhəmmədəliyev, 211 nömrəli tam orta məktəbin VII sinif şagirdi Rəşad Qədirov, 81 nömrəli tam orta məktəbin II sinif şagirdi Camal Məlikov, 267 nömrəli tam orta məktəbin IV sinif şagirdi Fatimə Tağızadə, VII sinif şagirdi Nihad Tağızadə, 211 nömrəli tam orta məktəbin VI sinif şagirdi Davud Muradov isə beynəlxalq yarışda III yeri tutub. Yarışın nəticələrinə əsasən, məktəblilər medal və diplomla mükafatlandırılıblar.

Qeyd edək ki, yarışda iştirak edən paytaxt məktəblilərinin məğlub etdikləri rəqibləri arasında erməni idmançılar üstünlük təşkil edib.

Onu da qeyd edək ki, İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə 1600-dən çox idmançının qatıldığı beynəlxalq turnirdə Azərbaycanı təmsil edən bütün idmançılar parlaq çıxışları ilə yadda qalıblar.