24.05.2019

BŞTİ əməkdaşları üçün ikigünlük təlim

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları üçün ikigünlük təlim keçirilib.

Təlimlər  BŞTİ və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində reallaşdırılıb.

Təlimlərin keçirilməsinin əsas məqsədi BŞTİ əməkdaşlarının təlim modulları üzrə bilik və bacarıqlarının daha da artırılmasından ibarətdir.  

Təlimlər “Effektiv rəyin verilməsi”, “Düşüncə tərzləri”, “Təsirli nitq və prezentasiya qaydaları” və “Müəssisədaxili ünsiyyət qaydaları” mövzuları üzrə keçirilib.

Təlimlər zamanı konstruktiv rəyin verilməsi, açıq düşüncə tərzinin formalaşdırılması, təsirli nitqin hazırlanması, məsələlərin effektiv üsullarla təqdim etmə yolları, ünsiyyət formaları barədə fikir mübadiləsi aparılıb. Həmçinin təlim modulları üzrə aparılmış beynəlxalq tədqiqatlar və onların nəticələri barədə məlumatlar auditoriya üzvlərinin diqqətinə çatdırılıb.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.


Açar sözlər: