25.11.2019

“Mənimlə danış” kampaniyası çərçivəsində seminar

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisəsində VI-VIII sinif şagirdləri üçün “Mənimlə danış” kampaniyası çərçivəsində “Bullinq” mövzusunda seminar keçirilib.

Seminarda BŞTİ və YUNİSEF-in nümayəndələri, VII-VIII sinif şagirdləri iştirak ediblər.

Paytaxtdakı 12 nömrəli tam orta məktəbdə təşkil olunan seminarın əsas məqsədi ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühitin təmin edilməsi, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir.

Təhsil Nazirliyi və YUNİSEF-in birgə əməkdaşlığı çərçivəsində keçirilən seminarda ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə geniş məlumatlar verilib. 

Məktəblərdə sağlam mühitin yaradılması ilə bağlı müvafiq müzakirələr aparılıb, “Mənimlə danış” kampaniyasından bəhs edən videoçarx nümayiş olunub.


Açar sözlər: ,