30.12.2019

BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində təmir, tikinti işləri

2019-cu ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 6 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 1 məktəbin binası yenilənib, 1 məktəb üçün digər ərazidə yeni bina inşa olunub, ehtiyac olan ərazidə 1 yeni məktəbin inşası başa çatıb və 2 məktəbin köhnə korpusları sökülərək yenidən tikilib.

Eləcə də, 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.

2 məktəbin sökülərək yenidən tikintisinə, 2 məktəbin isə korpuslarının sökülərək tikintisinə başlanılıb.

Hazırda ehtiyac olan ərazidə 1 yeni məktəbin və 1 məktəb üçün əlavə korpusun tikintisi davam etdirilir.