13.03.2020

Məktəb seçiminə start verilir

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Azərbaycan bölməsi üzrə elektron qeydiyyatdan keçmiş valideynlər 13 mart saat 11:00-dan etibarən məktəb seçimini həyata keçirə bilərlər.

Tədris digər dildə aparılan bölmə üzrə məktəb seçiminə isə 1 may tarixindən başlanılacaq.

Qeyd edək ki, birinci sinfə qəbul prosesi 14 sentyabr 2020-ci il tarixədək davam edəcək. Elektron qeydiyyat zamanı çətinlik çəkən valideynlər müvafiq Alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər.