16.06.2020

Onlayn müsahibələr mövzusunda canlı yayım

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ)  “Facebook” sosial şəbəkə səhifəsində tədris digər dildə aparılan bölmələr üzrə I sinfə qəbul üçün onlayn müsahibələr mövzusunda canlı yayım reallaşdırılıb.

İyunun 16-sı saat 16:00-da baş tutan canlı yayımda onlayn müsahibələrlə bağlı valideynləri maraqlandıran suallara aydınlıq gətirilib.

Canlı yayımda valideynlər tərəfindən ünvanlanan sualları BŞTİ-nin müdir müavini İlhamə Abdullayeva, Ümumi təhsil sektorunun müdiri Fuad Babayev və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov cavablandırıb.