19.06.2020

“Oxu və əylən” müsabiqəsinin qalibləri  bəlli olub

Ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdləri arasında keçirilən “Oxu və əylən!” müsabiqəsinin qalibləri bəlli olub.

Müsabiqənin nəticələrə əsasən, Bakı şəhəri 29 nömrəli  tam  orta  məktəbin  şagirdi  Zülfiyyə İsayeva, 12 nömrəli tam orta məktəbin şagirdi Nigar Bəşirova, 236 nömrəli tam orta məktəbin şagirdi Nuray İbadlı I yerin, 142 nömrəli tam orta məktəbin şagirdi Tural Zeynallı, 206 nömrəli tam orta məktəbin şagirdi Gülər Qurbanlı və 234 nömrəli tam orta məktəbin şagirdi Asiya Adilzadə II yerin, 78 nömrəli tam orta məktəbin şagirdi Aylin Məmmədli, 239 nömrəli tam orta məktəin şagirdi Nərgiz Qasımzadə, 244 nömrəli tam orta məktəbin şagirdi Xədicə İsmayılzadə isə III yerin sahibi olublar.

Bakı şəhəri 140 nömrəli tam orta məktəbin şagirdi Nisə Məmmədova, 256 nömrəli tam orta məktəbin şagirdi Nərgiz Əliyeva və 274 nömrəli tam orta məktəbin şagirdi Nuray Vaqifzadə isə həvəsləndirici yerlərə layiq görülüblər.

Qeyd edək ki, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn şəkildə davam etdirilən müsabiqəyə ümumilikdə 200 iş təqdim olunub. Müsabiqənin təşkil edilməsində məqsəd ümumi təhsil müəssisələrinin ibtidai sinif şagirdlərinin müxtəlif müsabiqələrə cəlbini daha da genişləndirmək, istedadlı və mütaliəyə marağı olan şagirdləri vaxtında üzə çıxarmaq, onların meyil və bacarıqlarının daha da inkişaf etdirilməsi istiqamətində müvafiq iş aparılmasına zəmin yaradılmasını təmin etməkdən ibarətdir.

Müsabiqə şagirdlərin oxu vərdişlərini təkmilləşdirmək, onlara uşaq ədəbiyyatına maraq və məhəbbət hisslərini aşılamaq, şagirdlərin  təxəyyül,  təfəkkür  və  nitqini inkişaf etdirmək, məktəblilərdə obrazlı təsəvvürlər əsasında ətraf aləm haqqında biliklər formalaşdırmaq kimi vəzifələrə xidmət edir.