14.08.2020

Növbəti imtahanlar barədə məlumatlar şəxsi səhifələrə göndərilib

Cari ilin 21-25 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib. Həmin tarixlərdə Azərbaycan dili, musiqi, fiziki tərbiyə və ibtidai sinif müəllimliyi üzrə test imtahanı keçiriləcək.

Digər fənlər, həmçinin ibtidai sinif müəllimliyi üzrə keçiriləcək növbəti imtahanların tarixi barədə məlumatlar hissə-hissə şəxsi səhifələrə göndəriləcək.

Təhsil Nazirliyi test imtahanlarında iştirak edəcək hər bir namizədə uğurlar arzu edir!


Açar sözlər: ,