07.09.2020

Müəllimlərin işə qəbulu imtahanları davam edir

Sentyabr 7-də informatika və tarix müəllimi olmaq istəyən namizədlər üçün işə qəbul imtahanları keçirilir. İmtahanlarda 2434 namizədin iştirakı nəzərdə tutulub.

Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!