10.09.2020

Yeni tədris ilinə yeni məktəblərlə - Fotosessiya           (251 nömrəli tam orta məktəb)

Yeni dərs ilinə hazırlıq çərçivəsində paytaxtda bir sıra məktəblərdə əsaslı təmir işləri aparılıb və yeni məktəb binaları inşa olunub. Onlardan biri də yeni tədris korpusunun rəsmi açılış mərasimi keçirilmiş 251 nömrəli tam orta məktəbdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə yeni tədris korpusunun açılışı olmuş məktəb 1974-cü ildən fəaliyyətdədir. Məktəbdə 1700-ə yaxın şagird təhsil alır.

Şagird sıxlığının aradan qaldırılması və təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə məktəb üçün tikilmiş yeni korpus 840 şagird yerlikdir. Burada kimya, fizika, biologiya laboratoriyaları, 35 sinif otağı, kitabxana, oxu zalı və yardımçı otaqlar var.

Onu da qeyd edək ki, məktəbin şagirdləri uğurları ilə fərqlənirlər. Onlar Rumıniyada, Türkiyədə keçirilmiş müsabiqələrin qalibləri olublar.