11.09.2020

Şagirdlərin yerdəyişməsi üzrə sorğuların qəbulu dayandırılır

11 sentyabr saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır.

Səbəb siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması  prosesi 15 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərinin əvvəl oxuduğu məktəbdən götürərək yerdəyişmə etdikləri məktəbə təqdim olunmasını təmin etməlidirlər.

Yerdəyişmə portalının oktyabrın ilk həftəsində yenidən açılması planlaşdırılır.