21.09.2020

Məzunlar qızıl və gümüş nişana layiq görülüb

Bakı məktəblərinin məzunları qızıl və gümüş nişanla təltif olunub.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 19-u qızıl, 7-si  gümüş nişana layiq görülüb.

Əmrdə  ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların adları və sayı açıqlanıb. Belə ki, ümumilikdə respublika üzrə ötən tədris ilində təhsil müəssisələrini bitirən məzunlardan 125-i qızıl, 76-sı isə gümüş nişanla təltif olunub.

Qeyd edək ki, qızıl və gümüş nişana namizədlər Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilib.


Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri