26.01.2021

Media nümayəndələrinin nəzərinə!

27 yanvar saat 11:00-da Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün "Tədrisin ənənəvi formasının bərpası" mövzusunda onlayn seminar keçiriləcək.

Seminarda iştirak üçün qeydiyyat prosesi bu gün  başa çatır. İştirak etmək istəyən media nümayəndələrindən bu gün  saat 18:00-dək müvafiq link vasitəsilə (https://bit.ly/369Vrfu) qeydiyyatdan keçmələri xahiş olunur.

Qeyd edək ki, onlayn seminara dair keçid yalnız qeydiyyatdan keçmiş  media nümayəndələrinə göndəriləcək.