21.04.2021

Peşə təmayüllü siniflər: yenilik nə vəd edir?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva İTV-nin “Sabaha saxlamayaq” proqramının qonağı olub.

İdarə müdiri proqramda peşə təhsilinin gənclərin inkişafındakı rolu, peşə təmayüllü siniflərin təşkili və digər məsələlər barədə cəmiyyəti maraqlandıran sualları cavablandırıb.

Proqramda eyni zamanda təhsil işçiləri peşə təhsili barədə öz fikirlərini səsləndirib, bu istiqamətin inkişafı üçün görülən işlərdən danışıblar.