28.04.2021

BŞTİ əməkdaşları təltif olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əməkdaşları təltif olunub.

Belə ki, BŞTİ-nin əməkdaşları Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının 100 illik yubiley döş nişanı ilə təltif ediliblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva döş nişanlarını təqdim edib və təbriklərini çatdırıb. Hər bir əməkdaşın fəaliyyətini yüksək qiymətləndirdiyini deyən İdarə müdiri bundan sonrakı işlərində də onlara uğurlar arzulayıb.

BŞTİ-nin əməkdaşları onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da səylə çalışacaqlarını ifadə ediblər.