05.05.2021

Təhsil müəssisələrində psixoloji xidmətlə bağlı vebinar keçiriləcək

6 may saat 19:00-da "Təhsil müəssisələrində psixoloqun vəzifəsi, miflər, gözləntilər və reallıq" mövzusunda vebinar keçiriləcək.

Vebinarda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İlkin Həsənov və TDM-in baş metodisti Elşad Səfixanov iştirak edəcək.

Görüşdə təhsil müəssisələrində psixoloji yardım, məktəb psixoloqunun vəzifələri, fəaliyyət istiqamətləri və psixoloji xidmətin əsas məqsədi barədə müzakirələr aparılacaq.

Vebinar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təlimə Dəstək Mərkəzinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.

Vebinarda mövzu ətrafında müzakirələr aparılacaq, təhsil işçiləri, eləcə də valideyn və şagirdlərin sualları cavablandırılacaq.