08.05.2021

Məntiq Olimpiadasının ilk turu keçirilib

                Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının ilk turu keçirilib.

Olimpiadada Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 7 000-ə yaxın beşinci sinif şagirdi rəqabət aparıb. Şagirdlər 2 saat  (120 dəq) vaxt ərzində məntiqi təfəkkürə aid 30 test sualını cavablandırıblar.

İlk mərhələdə yüksək nəticə göstərən şagirdlər olimpiadanın final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Final mərhələsinin nəticələrinə əsasən, olimpiada qalibləri mükafatlandırılacaqlar.

Qeyd edək ki, olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.