21.05.2021

Onlayn təlimlər davam edir

 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin müəllimləri üçün təbiət elmlərinə dair keçirilən onlayn təlimlər davam edir.

 Təlimlər Ege Universitetinin dosentləri Hasan Ali Dal və Esin Sipahi tərəfindən keçirilir. Təlimlər zamanı təbiət elmlərinin tarixi, strukturu, predmetləri, tədqiqat üsulları barədə geniş məlumatlar verilir, təbiətə dair müxtəlif mövzularda məruzələr dinlənilir.

Təlimlərin sonunda hər iki ölkənin ümumi təhsil müəssisələri arasındakı əməkdaşlıq istiqamətlərinə dair səmərəli fikir mübadiləsi aparılır, müəllimlərin sualları cavablandırılır.

“Günəş sistemi” mövzusunda keçirilən növbəti təlimdə 155 müəllim iştirak edib.

Qeyd edək ki, Bakı və İzmir Təhsil idarələrinin birgə əməkdaşlığı nəticəsində keçirilən təlimlərin əsas məqsədi təbiət elmləri fənlərinin tədrisində müasir təlim texnologiyalarından istifadə, dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunması üçün beynəlxalq təcrübənin öyrənilməsi, müəllimlərin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir.