24.05.2021

Müsabiqə qalibləri təltif olunub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Onlayn dərs” müsabiqəsinin qalibləri təltif olunub.

Belə ki, müsabiqənin nəticələrinə əsasən, 12 onlayn dərs nümunəsi qalibinə diplom, 12 fərqlənən dərs nümunəsi sahibinə isə təşəkkürnamə təqdim olunub.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva diplom və təşəkkürnamələri qaliblərə təqdim edib, onlara təbriklərini çatdırıb. Müsabiqənin əhəmiyyətini yüksək dəyərləndirən M.Vəliyeva hər bir müəllimin fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyib,  onlara uğurlar arzulayıb.

Müəllimlər onlara göstərilən diqqətə görə təşəkkürlərini bildirib, bundan sonra da səylə çalışacaqlarını ifadə ediblər.