31.05.2021

Paytaxt müəllimləri sertifikatla təltif edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin müəllimləri sertifikatla təltif edilib.

Sertifikatlar Bakı və İzmir Təhsil idarələrinin birgə əməkdaşlığı nəticəsində təbiət elmlərinə dair keçirilən təlimlərdə iştirak edən müəllimlərə verilib.

Qeyd edək ki, onlayn şəkildə təşkil olunan təlimlərin əsas məqsədi təbiət elmləri fənlərinin tədrisində müasir təlim texnologiyalarından istifadə, dərs prosesinin təşkilində yüksək nəticələrin əldə olunması üçün beynəlxalq təcrübənin öyrənilməsi, müəllimlərin bilik və bacarıqlarının daha da inkişaf etdirilməsindən ibarətdir.

Təlimlər Ege Universitetinin dosentləri Hasan Ali Dal və Esin Sipahi tərəfindən həyata keçirilib.

Təlimlər zamanı təbiət elmlərinin tarixi, strukturu, predmetləri, tədqiqat üsulları barədə geniş məlumatlar verilib, təbiətə dair müxtəlif mövzularda məruzələr dinlənilib.