03.06.2021

Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş olimpiadanın nəticələri

Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş rus dili və ədəbiyyat üzrə onlayn olimpiadanın nəticələri bəlli olub.

Nəticələrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 16 şagirdi uğur qazanıb.

Müsabiqənin II mərhələsində şagirdlər “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının timsalında multikulturalizm dəyərləri” mövzusunda 3 dəqiqəlik videogörüntü formatında esse hazırlayıblar.

Təqdim olunan esselər müəllifin mövqeyini əks etdirməsi, mövzuya uyğunluğu, bütövlüyü, ardıcıllığı, nitqin tutarlılığı və ifadəli olması meyarları üzrə qiymətləndirilib.

Qeyd edək ki, olimpiada Təhsil Nazirliyinin dəstəyi ilə “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi tərəfindən təşkil olunub.

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

 

   Qaliblər