04.06.2021

GÇH rəhbərləri ilə onlayn görüş

Paytaxtın ümumi təhsil məktəblərinin Gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri ilə onlayn görüş keçirilib.

Təlimə Dəstək Mərkəzinin (TDM) təşkilatçılığı ilə keçirilən görüşdə paytaxt məktəblərində çalışan GÇH rəhbərləri iştirak ediblər.

Onlayn görüşdə illik proqram materiallarından məqsədyönlü istifadə, yekun summativ qiymətləndirmə, GÇH rəhbərlərinin bilik və bacarıqlarının inkişaf etdirilməsi, yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin keyfyyətinin yüksəldilməsi ilə bağlı həyata keçirilən işlərə dair hesabatların hazırlanması barədə fikir mübadiləsi aparılıb.

Həmçinin görüş zamanı tədris ilinin yekunları müzakirə olunub, GÇH müəllimlərini maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib.