08.07.2021

İbtidai sinif üzrə imtahanlar davam edir

İyulun 8-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir. 

Bu gün namizədlər ibtidai sinif üzrə keçirilən imtahanlarda iştirak edirlər.

İmtahanlara 3291 namizəd dəvət olunub. 

Qeyd edək ki, ibtidai sinif  üzrə imtahanlar 9 və 12 iyul tarixlərində də davam etdiriləcək.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!