09.07.2021

İbtidai sinif üzrə imtahanların 3-cü günü

İyulun 9-da müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir. 

Bu gün ibtidai sinif üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir. Test imtahanlarında 3291 nəfərin iştirakı gözlənilir. 

Qeyd edək ki, ibtidai sinif üzrə imtahanlar iyulun 12-də yekunlaşacaq.

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!