13.07.2021

Riyaziyyat fənni üzrə imtahanlar keçirilir

İyulun 13-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi davam edir.

Bu gün riyaziyyat fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir. İmtahanlarda 3291 nəfərin iştirakı gözlənilir.    

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən bütün namizədlərə uğurlar arzu edir!