11.08.2021

Qəbul imtahanlarında yüksək nəticə göstərmiş paytaxt məktəblərinin məzunları

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunları I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

Belə ki, 27-28 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 217 nömrəli tam orta məktəbin şagirdi Elşən Salahov və 297 nömrəli tam orta məktəbin şagirdi Səmral Qasımov II mərhələdə bütün suallara düzgün cavab verərək 400 bal toplayıblar. İmtahanın I mərhələsində 285 bal yığan S. Qasımov hər iki mərhələnin cəminə görə 685 bal, I mərhələdə 276,5 bal yığan E. Salahov isə hər iki mərhələnin cəminə görə 676,5 bal toplayıb.

Uğur qazanmış bütün abituriyentləri, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, müvəffəqiyyətlər arzulayırıq!