12.08.2021

Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə vakansiya seçimi sabah yekunlaşır

Biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi davam edir. Qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlərin bu mərhələdə iştirak hüququ var. Namizədlər 13 avqust saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Bütün namizədlərə uğurlar arzulayırıq!