13.08.2021

Vakansiya seçiminin son günü

Avqustun 13-də biologiya, ingilis dili, musiqi və rus dili fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi yekunlaşır. Qeyd olunan fənlər üzrə 30 və daha yüksək bal toplamış namizədlər bu gün saat 14:59-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilərlər. 

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Bütün namizədlərə uğurlar arzulayırıq!