17.08.2021

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı 45 minə yaxın müraciət edilib

2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.

Bu günədək respublika üzrə ümumilikdə 43 053 nəfər məktəbəhazırlığa qəbul üçün elektron sorğu yerləşdirib. Onlardan 36 378 nəfəri Azərbaycan, 6 675 nəfəri isə rus bölməsi üzrədir.  

Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə  bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il saat 18:00-da başa çatacaq.  

Qeyd edək ki, Təhsil Nazirliyi məktəbəhazırlıq qruplarına elektron qeydiyyatla bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətləri təqdim edir: