10.09.2021

“İctimaiyyətlə əlaqələr işinin səmərəli təşkili” mövzusunda təlim

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsindən uğurla keçən namizədlər üçün “İctimaiyyətlə əlaqələr işinin səmərəli təşkili” mövzusunda təlim keçirilib.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektoru tərəfindən keçirilən təlimin əsas məqsədi təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması və vahid informasiya mübadiləsinin təmin olunması ilə bağlı müvafiq yanaşmaların formalaşdırılmasından ibarətdir.

Təlim zamanı İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov və məsləhətçi Solmaz Ələkbərova müvafiq təqdimatlarla çıxış ediblər. Həmçinin ictimaiyyətlə əlaqə, KİV-lə və sosial şəbəkələrlə iş, məktəb saytlarının fəaliyyətinin tənzimlənməsi, daxili informasiya mübadiləsi və digər məsələlər barədə iştirakçılara tövsiyələr verilib.

Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.