15.09.2021

Vakansiya seçimi başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə elan edilmiş müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb.

Müsahibə mərhələsini müvəffəqiyyətlə başa vuran namizədlər http://musabiqe.baku.edu.az/ portalındakı şəxsi kabinetlərinə daxil olaraq vakansiya seçimi ediblər. Namizədlər müsabiqənin vakansiya seçimi prosesinin nəticələrinə uyğun olaraq işə qəbul hüququ qazanacaqlar.

Təlim-tərbiyə işləri üzrə direktor müavini, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul hüququ əldə etmiş şəxslərlə əmək münasibətlərinin rəsmiləşdirilməsi təmin ediləcək.

Qeyd edək ki, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən, müvafiq kadrların işə qəbulu və yerdəyişməsi tabelik üzrə təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.