22.10.2021

İntellektual yarışma qalibləri təltif edilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Fibonacci" intellektual oyununun qalibləri təltif edilib.

Təhsil işçiləri arasında (BŞTİ-nin əməkdaşları, məktəb direktorları, direktor müavinləri) keçirilən intellektual oyunda 24 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Yarışmada “İstiqlal” komandası birinci, “İnkişaf” komandası ikinci, “Dəmir yumruq” komandası isə üçüncü yerə layiq görülüb.

Onlayn qaydada təşkil olunmuş yarışda qalib gələn komandanın üzvlərinə kubok, diplom və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, "Fibonacci" intellektual oyununun keçirilməsinin əsas məqsədi təhsil işçilərinin müxtəlif sahələr üzrə istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, kollektivi təmsiletmə qabiliyyətini inkişaf etdirmək, təhsil sahəsində intellektual yarışmalara olan marağı daha da artırmaqdan ibarətdir.