18.11.2021

Təqdimat müsabiqəsinin şəhər turu

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunmuş "Yaradıcı müəllim" mövzusunda təqdimat müsabiqəsinin final (şəhər) mərhələsi keçirilir.

Paytaxt müəllimləri üçün nəzərdə tutulan müsabiqənin şəhər turunda müəllimlər müraciət etdiyi mövzunu Münsiflər heyəti və dinləyicilərə 15 dəqiqəlik interaktiv çıxış formatında təqdim edirlər.

Təqdimatların qiymətləndirilməsi zamanı mövzunun aktuallığı, yeniliyi, təqdimedilmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə əsas meyarlar kimi götürülür. Hər bir meyar üzrə iştirakçıya 5 bal verilir. 

Müsabiqənin nəticəsinə əsasən, 14 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 5 nəfər isə həvəsləndirici yer) qalib seçiləcək.

Qaliblərə BŞTİ tərəfindən diplom, “Tərifnamə” və hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimləri aşkara çıxarmaq,  təhsilverənlərin nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, eyni zamanda ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti daha da artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdən ibarətdir.