02.12.2021

Məktəb psixoloqları üçün təlimlər keçirilib

Təhsil İnstitutu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində “Məktəb psixoloqu” layihəsi əsasında Bakı və Sumqayıt şəhərləri üzrə məktəb psixoloqlarına təlimlər keçirilib. 

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən təşkil olunan təlimlərdə ümumilikdə 400-ə yaxın məktəb psixoloqu iştirak edib.

Təlim zamanı məktəb psixoloqlarına beynəlxalq təcrübə nəzərə alınmaqla bilik və bacarıqlarının artırılması məqsədilə intihara cəhd etmiş, eyni zamanda zorakılığa (cinsi, psixi, fiziki) məruz qalmış uşaqlarla işin təşkili, valideynlərlə aparılan görüşlərin effektiv üsulları barədə məlumatlar verilib, həmçinin müxtəlif problemli vəziyyətlər üzərində iş aparılmasına dair məsələlər müzakirə edilib.